BAKI, 5 sentyabr — Sputnik. Kiyev rejimi onlara ayrılmış hərbi və iqtisadi yardımı doğrultmaq üçün ümidsiz şəkildə Qərb müttəfiqlərinə döyüş meydanında ən azı müəyyən uğur nümayiş etdirməyə çalışır.
Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu sentyabrın 5-də Moskvada keçirilən iclasda deyib.
"Ukrayna rəhbərliyi gələcəkdə də hərbi və iqtisadi yardımlar almaq üçün hücum əməliyyatlarında Qərb kuratorlarına ümidsiz şəkildə heç olmasa bir uğur nümayiş etdirməyə çalışır ki, bu da münaqişənin müddətini uzadır", - deyə nazir qeyd edib.
Şoyqu vurğulayıb ki, hazırkı hücumun uğursuzluğu üzündən Kiyev rejimi Rusiya ərazisindəki mülki obyektlərə zərbələri hərbi qələbə kimi endirməyə çalışır, halbuki hücum başlayandan bəri döyüş meydanında Ukrayna Silahlı Qüvvələri (USQ) 66 mindən çox hərbçisini itirib.
Nazir həmçinin bildirib ki, ötən avqust ayı ərzində Rusiya Silahlı Qüvvələri (SQ) xüsusi hərbi əməliyyat (XHƏ) zonasında USQ-nin 34 əməliyyat-taktiki idarəetmə məntəqəsini məhv edib.
"Rusiya Silahlı Qüvvələri yüksək dəqiqlikli zərbələrlə Ukraynanın hərbi infrastrukturunu məhv etməyə davam edir", - deyə Şoyqu qeyd edib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. Prezidentin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.