SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Slovakiyanın Milli Şurasının sədri Azərbaycana işgüzar səfərə gəlib

Ölkənin rəsmi şəxsləri Slovakiyanın Milli Şurasının sədri Boris Kolların başçılıq etdiyi nümayəndə heyətini qarşılayıblar.
Sputnik
BAKI, 5 sentyabr — Sputnik. Slovakiyanın Milli Şurasının sədri Boris Kolların başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 5-də Azərbaycana işgüzar səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, Boris Kolları Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anar Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.
Boris Kollar jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycana səfərinin məqsədi iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verməkdir.
Qonaq Slovakiya və Azərbaycan arasında dostluq münasibətlərindən əlavə iqtisadi əlaqələri yüksəltmək niyyətini dilə gətirib.
O qeyd edib ki, Slovakiya tərəfindən Ağdam rayonunun Qərvənd kəndində “Ağıllı kənd” proyekti hazırlanıb və bununla bağlı görüşlər olacaq.

“Azərbaycanla yaxın əlaqələrin olması bizim üçün çox önəmlidir. Ölkənizlə ticari, eyni zamanda, iqtisadi əlaqələri yeni mərhələyə daşımaq niyyətindəyik”, - deyə Boris Kollar vurğulayıb.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.