BAKI, 5 sentyabr — Sputnik. NATO-nun Rusiyanı Krımdan uzaqlaşdırmaq istəyi real deyil.
Bunu ABŞ-ın sabiq kəşfiyyatçısı Skott Ritter "YouTube" kanalına müsahibəsində deyib.
"Bu, boş xəyaldır. Bunun olması mükün deyil", - deyə ABŞ-ın sabiq kəşfiyyatçısı hesab edir.
Ritter qeyd edib ki, NATO və Ukrayna hakimiyyətinin "faciəli səhvi" nəticəsində çox sayda ukraynalı həlak olub.
Sabiq kəşfiyyatçı əlavə edib ki, Ukraynanın əks-hücumları uğursuzluğa məhkumdur.
Bu ilin sentyabr ayında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Krımın Rusiyanın ayrılmaz hissəsi olduğunu və Rusiya ərazisinə dair iddialara lazımi cavab veriləcəyini bildirib.
Rusiya Prezidenti Vladimir Putin dəfələrlə vurğulayıb ki, Rusiya üçün Krım məsələsi bağlanıb, yarımadada referendum isə beynəlxalq hüquqa uyğun olaraq keçirilib.
Krım 2014-cü ilin mart ayında orada keçirilən referendumdan sonra Rusiyanın bölgəsinə çevrilib: sakinlərin əksəriyyəti Rusiyaya birləşməyin tərəfdarı olub.