HƏRBİ

Qardaş ölkə Azərbaycana yeni hərbi attaşe təyin edib

Tərəflər Türkiyə ilə Azərbaycan arasında hərbi və müdafiə sahəsində əməkdaşlığı müzakirə ediblər.
Sputnik
BAKI, 5 sentyabr — Sputnik. Türkiyə Azərbaycana yeni hərbi attaşe təyin edib.
Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib. Məlumatda general Soner Oruçoğlunun artıq hərbi attaşe kimi fəaliyyətə başladığı qeyd olunub.
"Report"un xəbərinə görə, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı yeni hərbi attaşe ilə görüşüb, ona uğurlar arzulayıb.
Tərəflər Türkiyə ilə Azərbaycan arasında hərbi və müdafiə sahəsində əməkdaşlığı müzakirə ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.