DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"Newsweek" bəşəriyyətə dağıdıcı müharibə təhlükəsi barədə xəbərdarlıq edib

Kosmik qarşıdurma insanların həyatını dəyişə bilər.
Sputnik
BAKI, 4 sentyabr — Sputnik. Kosmosda hərbi əməliyyatlar bütün bəşəriyyətin varlığına təhlükə yarada bilər.
ABŞ kosmik qüvvələrinin komandiri Çens Soltsman buna əmindir.
Belə bir "yerdən kənar müharibə" hava, yerüstü və dəniz müharibə teatrlarından daha dağıdıcı olacaq. Bu halda kosmik məkan da zərər görəcək – döyüşlər zamanı yaranan zibil onu bir neçə əsr qabaqcadan zibilləyəcək.
"Kosmik qarşıdurma insanların həyatını dəyişə bilər", - deyə Soltsman "Newsweek"ə verdiyi müsahibədə bildirib.
O belə bir nəticəyə gəlib ki, ABŞ öz düşmənini ABŞ peyklərini hədəfləmək qabiliyyətindən məhrum etməlidir.
Xatırladaq ki, əvvəllər də ABŞ alimləri Yerin özünü məhv edəcəyini proqnozlaşdrıblar. Buna səbəb kimi isə onlar yaxın 10-13 ildə baş verəcək bir sıra fəlakətləri göstəriblər.