BAKI, 5 sentyabr — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov sentyabrın 7-də Cakartada keçiriləcək Şərqi Asiya Sammitində iştirak edəcək.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova çərşənbə axşamı bəyan edib.
"Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri sentyabrın 7-də Cakartada 18-ci Şərqi Asiya Sammitində iştirak edəcək", - deyə Zaxarova brifinq zamanı bildirib.
O əlavə edib ki, Rusiya tədbir zamanı "Asiya-Sakit okean regionunun bu gün üzləşdiyi problemləri müzakirə etməyi vacib hesab edir".
Xüsusilə, NATO-nun coğrafi zonasının genişləndirilməsi üçün Qərb xəttinin həyata keçirilməsi fonunda Asiya-Sakit Okean regionunda hərbi-siyasi vəziyyətin gərginləşməsi risklərinə diqqəti cəlb etmək niyyətindəyik", - deyə o sözünə davam edib.
"Sentyabrın 7-8-də Banqladeşə işgüzar səfəri zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun proqramına bu ölkənin baş naziri ilə görüş, həmçinin Banqladeşin xarici işlər naziri ilə danışıqlar daxildir", - deyə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Diplomat əlavə edib ki, tərəflər ikitərəfli münasibətləri, aktual regional və beynəlxalq məsələləri müzakirə edəcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.