BAKI, 5 sentyabr — Sputnik. Cari ilin yanvar-iyun aylarında Azərbaycana 142 milyon 869,6 min dollar dəyərində 548 min 533 ədəd smartfon idxal edilib.
Dövlət Statistika Komitəsinin xəbərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici say baxımından 4.9 dəfə və ya 437 min 130 ədəd, qiymət baxımından isə 6.1 dəfə və ya 119 milyon 556 min dollar çoxdur. 2022-ci ilin ilk 6 ayı ərzində ölkəyə 23 milyon 312.6 min dollar dəyərində 111 min 401 ədəd smartfon gətirilib.
Qeyd edək ki, Azərbaycana idxal olunan smartfonların 381 min 947 ədədi (69.6%-i) Çindən, 138 min 135 ədədi (25.2%-i) Vyetnamdan, 28 min 31 ədədi (5.1%-i) isə Hindistandan idxal edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.