BAKI, 5 sentyabr — Sputnik. Sentyabrın 5-i dünyanın çox ölkələrində Beynəlxalq Xeyriyyəçilik Günü kimi qeyd edilir.
2012-ci il dekabrın 17-də BMT Baş Məclisinin 67-ci sessiyasında qəbul olunan qərara əsasən bu tarix xüsusi gün kimi qeyd olunmağa başlanılıb.
Bu tarixin 1997-ci il sentyabrın 5-də vəfat edən Tereza Ananın ölümü günü ilə eyni günə düşməsi heç də təsadüfi deyil. Onun Hindistandakı fəaliyyəti böyük xeyriyyəçiliyin və dünyada yoxsulluğun aradan qaldırılmasının inkişafına böyük təkan verib, 45 il ərzində dünyanın müxtəlif ölkələrində göstərdiyi xeyriyyə işlərinə görə 1979-cu ildə Tereza Ana Nobel Sülh Mükafatına layiq görülüb.
Qeyd edək ki, Beynəlxalq Xeyriyyəçilik Günü BMT-yə üzv olan ölkələrdə qeyd olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.