PAYTAXT XƏBƏRLƏRİ

Bakıda daha iki məscidə qadın dini ayinlərin icraçısı təyin olunub

Üç qadın dini ayinlərin icraçısı olaraq Nəsimi rayonunda yerləşən "Hacı Əjdərbəy" məscidində, bir nəfər isə Binəqədi rayonundakı "Heydər" məscidində çalışacaq.
Sputnik
BAKI, 5 sentyabr — Sputnik. Bakıda islam dininə aid daha 2 ibadət yerinə (məscid) qadın dini ayinlərin icraçıları təyin olunub.
Müsahibə imtahanının nəticəsinə görə üç qadın dini ayinlərin icraçısı olaraq Nəsimi rayonunda yerləşən "Hacı Əjdərbəy" məscidində, bir nəfər isə Binəqədi rayonundakı "Heydər" məscidində çalışacaq.
Qeyd edək ki, sentyabrın 4-də keçirilən müsahibə mərhələsi üçün 23 qadın namizəd müraciət edib. Onlardan ikisi müsahibədə iştirak etməyib, yerdə qalanı isə müsahibədən keçməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.