BAKI, 5 sentyabr — Sputnik. Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olan bütün ölkələrdə 2023-cü ilin yanvar-iyun aylarında orta aylıq nominal və real (əmtəə və xidmətlərin istehlak qiymətləri indeksinə uyğunlaşdırılmış) əməkhaqqı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə artıb. Bu barədə Avrasiya İqtisadi Komissiyasının saytındakı məlumatda deyilir.
Məlumata görə, orta aylıq real əməkhaqqının ən yüksək artım tempi Qırğızıstanda (114,6%) qeydə alınıb.
Beləliklə, 2023-cü ilin birinci yarısının nəticələrinə görə, Aİİ ölkələri üzrə orta əməkhaqqı:
Rusiya – 915 dollar
Belarus - 633 dollar
Qazaxıstan - 780 dollar
Qırğızıstan - 367 dollar
Azərbaycanda orta aylıq əməkhaqqı artır
2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,5% artaraq 921,9 manat (542 ABŞ dolları) təşkil edib.
Ən yüksək orta aylıq nominal əməkhaqqı iqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sektorunda fəaliyyət göstərən müəssisələrdə qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.