BAKI, 4 sentyabr - Sputnik. Rusiyanın Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin komandanı dəyişib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin saytında xəbər yerləşdirilib.
Məlumata görə, bu vəzifə general-mayor Kulakov Kiril Denisoviçə həvalə edilib.
Kulakov 20 iyul 1969-cu ildə anadan olub. 2017-ci ilin mart ayından Kazan Ali Hərbi Komandanlıq Məktəbinin komandiri olub.
Onun sələfi, general-polkovnik Aleksandr Lentsov cari il aprelin 25-də təyin edilmişdi. O, bu vəzifədə Andrey Volkovu əvəzləmişdi.