RİA Novosti xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan görüşün yekunlarına dair mətbuat konfransı keçirirlər.
Qeyd edək ki, danışıqlar zamanı tərəflər Türkiyədə qaz qovşağının yaradılması, enerji sektorunda, əməkdaşlığı, Suriyadakı vəziyyət, Ukrayna münaqişəsinin həlli, eləcə də taxıl sazişinin bərpasını müzakirə ediblər.
Prezidentlər aktual beynəlxalq problemlər ətrafında da fikir mübadiləsi aparıblar.