BAKI, 4 sentyabr - Sputnik. Rusiya tərəfinin taxıl sazişi üzrə danışıqlara açıqdır.
Bunu Rusiya Prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla danışıqlar zamanı bildirib.
"Biz Ukrayna böhranı ilə bağlı məsələləri diqqətdən kənarda qoymayacağıq. Bilirəm ki, siz bu gün taxıl müqaviləsi məsələsini qaldırmaq istəyirsiniz. Biz danışıqlara açığıq", - Putin deyib.
Xatırladaq ki, Soçidə Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar başlayıb. Türkiyə Prezidenti taxıl müqaviləsinin bərpa olunacağına ümid etdiyini bildirib. O, qeyd edib ki, bütün dünyanın gözü bu mövzuya dikilib.
Türkiyənin "Sabah" qəzeti dünya liderlərinin Rusiya və Türkiyə prezidentləri arasında danışıqların nəticəsini müşahidə edəcəyinə işarə edib. Onlar taxıl dəhlizi ilə bağlı razılaşmanı gözləyəcəklər.