BAKI, 4 sentyabr — Sputnik. Rusiya ilə Türkiyə arasında münasibətlərin inkişaf sürəti qorunur.
Bunu Rusiya Prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşünün əvvəlində bildirib.
"Bizim ticarət dövriyyəmiz 86 faiz artıb. Bu ilin birinci yarısında müsbət tendensiya davam edir. Münasibətlər şaxələnir - bu, məni çox sevindirən təkcə turizm və enerji deyil", - deyə Putin bildirib.
Rusiya rəhbəri enerji vəziyyətinin daha sabit olması üçün Türkiyədə qaz qovşağının yaradılması ilə bağlı danışıqların yaxın vaxtlarda başa çatacağına ümid etdiyini bildirib. O vurğulayıb ki, hazırda hər iki tərəfdən əsas təchizatçılar və istehlakçılar arasında razılaşmalar əldə olunub.
Bundan əlavə, Putin bildirib ki, tərəflər danışıqlar barədə xeyli müddət əvvəl razılığa gəliblər, görüş dəfələrlə təxirə salınıb. Ancaq, Rusiya Federasiyası Prezidentinin vurğuladığı kimi, "Allaha şükür ki, görüş baş verdi".
Xatırladaq ki, danışıqların başlaması Moskva vaxtı ilə saat 13:00-a təyin edilmişdi. Türkiyə nəşrlərinin yazdığına görə, Ərdoğan Rusiyaya şəxsi təyyarə ilə gedib.