RUSİYA

Putin: Akkuyu Atom Elektrik Stansiyasının ilk bloku 2024-cü ildə işə salınacaq

Türkiyə prezidenti ölkələr arasında ticarət dövriyyəsindən danışaraq, hazırda bu rəqəmin 62 milyard dollara çatdığını deyib.
Sputnik
BAKI, 4 sentyabr — Sputnik. Türkiyədə Akkuyu AES-in tikintisinin plana uyğun gedir. Güman ki, birinci blok gələn il işə salınacaq.
Rusiya Prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla danışıqlar zamanı bu məsələyə diqqətə çatdırıb.
"Regionda təhlükəsizlik baxımından danışacağımız nələrsə var. Bilirəm ki, taxıl müqaviləsini gündəmə gətirmək istəyirsiniz. Biz bundan yan keçməyəcəyik", - deyə Putin bildirib.
Ərdoğan da öz növbəsində AES-də aparılan işlərin uğurla getdiyini bildirib və hazırda stansiyada 25 min iş yerinin yaradıldığını vurğulayıb.
Bundan əlavə, Türkiyə prezidenti ölkələr arasında ticarət dövriyyəsindən danışaraq, hazırda bu rəqəmin 62 milyard dollara çatdığını deyib.
"Biz qarşımıza ticarət dövriyyəsini 100 milyarda çatdırmaq vəzifəsi qoymuşuq və bu, məni çox sevindirir", - deyə Ərdoğan əlavə edib.
Rusiya liderinin qeyd etdiyi kimi, ticarət dövriyyəsi 86% artıb və Moskva ilə Ankara arasında münasibətlərin inkişaf sürəti qorunub saxlanılır.
DÜNYA XƏBƏRLƏRİ
Putin: “Taxıl sazişi” ilə bağlı danışıqlara açığıq