BAKI, 4 sentyabr - Sputnik. Bu gün "Taxıl dəhlizi" ilə bağlı atacağımız addım bir çox ölkə üçün, xüsusən də az inkişaf etmiş ölkələr üçün xeyirli olacaq.
APA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı bildirib.
O həmçinin qeyd edib ki, Türkiyə və Rusiya arasında bir çox sahələrdə uğurlu əməkdaşlıq mövcuddur. Bu gün görüş zamanı iki lider müdafiə sənayesi, energetika kimi sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.