İQTİSADİYYAT

Aİİ müəyyən növ parçalar üçün idxal rüsumlarını növbəti dəfə sıfırladı

Bu qərarın istehsal xərclərinin azaldılmasına, onun gəlirliliyinin və rəqabət qabiliyyətinin artırılmasına, həmçinin Aİİ-dən kənarda ixracın artırılmasına kömək edəcəyi gözlənilir.
Sputnik
BAKI, 4 sentyabr — Sputnik. Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində xalça istehsalı üçün istifadə olunan parçalara idxal rüsumları iki il müddətinə sıfırlanacaq. Hazırda bu növ məhsullara idxal rüsumunun dərəcəsi 8% həcmində müəyyən edilib.
Bu barədə Avrasiya İqtisadi Komissiyasının (AİK) mətbuat xidməti məlumat yayıb.
"Avrasiya İqtisadi Komissiyasının Şurası polietilen və ya polipropilendən düz və ya oxşar saplardan hazırlanmış müəyyən növ parçalar üçün idxal gömrük rüsumunun sıfırlanması barədə qərar qəbul edib. Bu qərar iki il müddətində qüvvədə olacaq. Hazırda rüsum dərəcəsi 8% həcmində müəyyən edilib", - AİK-in saytında qeyd edilib.
Aİİ-nin Gömrük Tarifi və Qeyri Tarif Tənzimlənməsi Departamentinin direktor müavini Nataliya Samoylova bildirib ki, qərar AİK-də xalça və xalçaçılıq məhsulları istehsalçılarına dəstək məqsədi daşıyır.
Bu qərarın istehsal xərclərinin azaldılmasına, onun gəlirliliyinin və rəqabət qabiliyyətinin artırılmasına, habelə daxili bazara və İttifaqdan kənarda istehsal və tədarük həcminin artırılmasına kömək edəcəyi gözlənilir.
Bundan əlavə, AİK mətbuat xidmətindən bildirilib ki, idxal rüsumunun sıfırlanması Rusiya və Belarus iqtisadiyyatlarına sanksiyalar təzyiqinin mənfi təsirini yumşaltacaq.
Ötən ilin altı ayı ərzində qeyd olunan mallara sıfır idxal rüsumu artıq tətbiq edilib.