HADİSƏ

Sumqayıt və Biləsuvarda baş verən yol qəzalarında çox sayda adam xəsarət alıb - Foto

Biləsuvar rayonunun Bəydili kəndi ərazisində qeydə alınan qəzada xəsarət alanların kimliyi məlum olub.
Sputnik
BAKI, 3 sentyabr - Sputnik. Sumqayıtda zəncirvari qəza baş verib, 5 avtomobilə ciddi ziyan dəyib.
Yol qəzası şəhərin Sülh prospektində qeydə alınıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
***
Biləsuvarda baş verən qəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.
Xəsarət alanlar Biləsuvar rayon sakinləri, 1984-cü il təvəllüdlü Dəyanət Quliyev, 1990-cu il təvəllüdlü Qaya Məmmədov, 1986-cı il təvəllüdlü Elməddin Rufullayev, 1991-ci il təvəllüdlü Anar Qurbanov və 1984-cü il təvəllüdlü Rəşad Feyzullayevdir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
12:54
Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Hadisə rayonun Bəydili kəndi ərazisində qeydə alınıb.
Qəza zamanı "VAZ 2106” və “Priora” markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində, ilkin məlumata görə, beş nəfər xəsarət alıb.
Yaralılar rayon xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır. (Report)