BAKI, 3 sentyabr - Sputnik. İƏT MDİHK nümayəndə heyətinin işğaldan azad edilmiş Ağdam rayonuna səfərləri başa çatıb. Ağdama səfərləri zamanı qonaqlar vandalizimə məruz qalmış məzarlıqlar və şəhər Cümə məscidində olublar.
Ombudsman aparatın əməkdaşları və İƏT MDİHK nümayəndə heyəti Ağdam rayonuna səfərləri zamanı Qiyaslı məzarlığında olublar. Qonaqlara məlumat verilib ki, işğal dövründə qəbirlər vandalizimə məruz qalıb. Məzar daşların isə söküb aparıblar.
Qonaqlar səfərlərinin davamında Ağdamın Qarağacı kənd məzarlığında da olublar. Burada qonaqlara kəndin daimi erməni silahlılarının atəşi altında olması, əsasən dinc sakinlərin və uşaqların hədəf seçilməsi barədə məlumat verilib. Qeyd edilib ki, Qarağacı kənd məzarlığında işğal dönəmində minlərlə məzar tamamilə dağıdılaraq məhv edilib.
İƏT MDİHK nümayəndə heyətinin üzvləri Ağdama səfərləri zamanı, Ağdam şəhidlər xiyabanında da olublar. Qonaqlara bildirilib ki, burada Ağdamın işğala qədərki dövüdə yüzlərlə soydaşımız dəfn edilib. Məzarlıqda təkcə Ağdamın deyil digər rayonlardan, erməni vəhşiliyinin qurbanı olan soydaşlarımız dəfn edilib. İşğaldan sonra isə məzarlıq tamamilə dağıdılıb. Məzarlar açılaraq insanların sümük qalıqları yox edilib. Məlumat zamanı qonaqlara oda bildirilib ki, Ağdam şəhidlər xiyabanında olan məzarlar yaxınları tərəfindən o zaman aid olan foto və videolardan dəqiqləşdirilməklə bərpa edilib.
Qonaqlar səfərlərinin sonunda əsaslı təmir olunan Ağdam cümə məscidinə də baş çəkiblər. Qonaqlara bildirilib ki, Ağdam cümə məscidi işğal dönəmində ermənilərin vəhşiliyini məruz qalan dini abidələrdən olub. Burada da digər yerlərdə olduğu kimi, ermənilər donuz saxlayıb, məscidin divarlarını yararsız hala salıblar. Azərbaycanın beynəlxalq qurumlara müraciətindın sonra, Ağdam cümə məscidi tamamilə məhv edilməkdən qurtarılıb. İƏT MDİHK nümayəndə heyətinin üzvləri burada gördükləri faktlarla bağlı beynəlxalq nüfuzlu təşkilatlar qarşısında öz hesabatlarında yer verəcəklərini bildiriblər.
03.09.23, 14:51
Füzuli rayonuna səfər
Ombudsman Səbinə Əliyevanın dəvəti əsasında İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin Füzuli rayonuna səfəri başa çatıb.
Qonaqlar ilk olaraq Qarabağ müharibəsi zamanı ermənilərin dağıtdığı Qaraxanbəyli məzarlığına baş çəkiblər. Ombudsman Aparatının əməkdaşları və İƏT MDİHK nümayəndə heyəti Füzuli rayonunun Qaraxanbəyli məzarlığında törədilən vandallıq aktı barədə qonaqlara məlumat verilib. Bildirib ki, Qaraxanbəyli kəndi birinci Qarabağ müharibəsində işğal olunub. İşğal müddətində qəbirlər dağıdılıb, meyitlər qəbirdən çıxarılaraq təhqir olunub, məzar daşları isə ərazidən daşınıb.
Səfərin davamında İƏT MDİHK nümayəndə heyətinin ikinci dayanacaqları məkan Mersinli kənd məscidi olub.
Qonaqlara məlumat verilib ki, Merdinli kəndindəki məscid Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilib. Məscid öz tarixi memarlıq üslubu ilə seçilib. Məscidin memarı Qarabağ ərazisində bir neçə məscidin, həmçinin Şuşa şəhərindəki Yuxarı Göhər Ağa məscidinin memarı olub. Məscid barədə qonaqlara məlumat verilərkən, işğal dönəmində ermənilərin burada mal-qara saxlayaraq tövlə kimi istifadə etmələri xüsusilə vurğulanıb. Məscidlərdə donuz və mal-qara saxlanılmasının isə ermənilərin azərbaycanlıların dini inancına qarşı yönələn nifrətdən irəli gəldiyi vurğulanıb.
İƏT MDİHK nümayəndə heyətinin üzvləri Füzuli rayonuna səfərləri zamanı işğaldan azad edildikdən sonra, inşa edilən Füzuli Beynəlxalq Hava Limanında da olublar.
Qonaqlara məlumat verilib ki, Füzuli işğaldan azad edildikdən sonra, Füzuli Beynəlxalq Hava Limanı minatəmizləmə işləri də daxil olmaqla 8 ay ərzində, müasir tələblərə cavab verən səvyyədə inşa edilib. O da qeyd edilib ki, işğaldan azad olunmuş ərazilərdə 3 beynalxaq hava limanı inşa edilib. Bunlardan 2-i - Füzuli və Zəngilan beynəlxalq hava limanlari istifadəyə verilib. Laçın beynəlxalq hava limanında isə son tamamlama işləri aparılır.
Qonaqlar Füzuli şəhərinin işğal zamanı ermənilər tərəfindən dağıdılmış mənzərəsi ilə də tanış olublar. Burada qonaqlara şəhər barədə ümumi məlumat verilib. Yer üzündən silinən şəhərdə əhalinin sayı, tikililəri və qədim abidələri barədə məlumat verilib.
İƏT MDİHK nümayəndə heyəti səfərlərinin yekununda 30 ildən sonra, işğaldan azad edilən Füzuli şəhərində inşa edilən evlərə köçürülən sakinlərlə görüş keçirib.
12:33
Ombudsman Səbinə Əliyevanın dəvəti əsasında İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti faktaraşdırıcı missiya keçirmək məqsədilə Füzuliyə səfər edib.
Onlar Füzulidə dağıdılmış dini obyektlərin və qəbiristanlıqların monitorinqini aparacaq, Azərbaycan dövləti tərəfindən həyata keçirilən yenidənqurma işləri ilə tanış olacaqlar.
Nümayəndə heyətinin Qaraxanbəyli və Merdinli məzarlıqları, Merdinli məscidi, Füzuli şəhərinin tarixi mərkəzinin dağıntıları və yeni yaşayış məhəlləsi ilə tanış olması, Ermənistanın işğalı nəticəsində zərər çəkmiş şəxslərlə görüş keçirilməsi nəzərdə tutulur.
Nümayəndə heyətinin tərkibinə İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Muhammad Laval Sulaiman (Nigeriya), İƏT MDİHK sədr müavini Hacı Ali Açıkgül (Türkiyə), İƏD MDİHK üzvü Hilal bin Said al Şidhani (Oman), İƏT MDİHK katibliyinin icraçı direktoru Nura Zaid Alrşoud (Səudiyyə Ərəbistanı), İƏT MDİHK Katibliyinin direktoru Javed Saqlain (Pakistan), İƏT MDİHK Katibliyinin əməkdaşı İbrahima Saidou Kamara (Qvineya) daxildir.
Səfərin əsas məqsədi Ermənistan tərəfindən dini-mədəni abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması faktlarının yerində araşdırılması, işğal və raket hücumları nəticəsində zərər çəkmiş azərbaycanlılarla bağlı məlumatların toplanması və nəticələrə əsasən hesabat hazırlayaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsindən ibarətdir.