HADİSƏ

Ucarda əmioğlular arasında baş verən mübahisə qanla bitib

Zərərçəkən Ə. Hüseynli Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Sputnik
BAKI, 3 sentyabr - Sputnik. Ucar rayonunda əmioğlular arasında baş verən mübahisə qanla bitib.
APA-nın xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Qazyan kəndində baş verib. Kənd sakini, 1989-cu il təvəllüdlü Daşqın Ağasəf oğlu Abdullayev qonşuluğunda yaşayan əmisi oğlu, 1991-ci il təvəllüdlü Əbülfəz Ağahüseyn oğlu Hüseynli ilə aralarında baş vermiş münaqişə nəticəsində sonuncuya bıçaqla ağır xəsarət yetirib.
Zərərçəkən Ə. Hüseynli Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Fakt araşdırılır.