HADİSƏ

Gəncədə avtomobil maneəyə çırpılıb, 2 nəfər ağır xəsarət alıb

Faktla bağlı araşdırma aparılır.
Sputnik
BAKI, 3 sentyabr - Sputnik. Gəncədə avtomobil maneəyə çırpılıb, 2 nəfər ağır xəsarət alıb.
“Report”un məlumatına görə, hərəkətdə olan "VAZ-2107" markalı avtomobil Şah İsmayıl Xətai prospektində idarəetmədən çıxaraq yol kənarındakı dəmir darvazaya çırpılıb.
Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 1995-ci il təvəllüdlü Sadiqi Elvin və onun həmyaşıdı Qurbanov Şamxal müxtəlif bədən xəsarətləri alıb.
Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Ş.Qurbanovun boyun fəqərələri, E.Saqidinin isə qabırğaları sınıb. Hər iki şəxsin reanimasiya şöbəsində müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.