Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Sərhəddə gərginlik davam edir - Ordumuzun mövqeləri minaatanlardan atəşə tutulub

Müdafiə nazirliyi Basarkeçər rayonunun Zod kəndi istiqamətində düşmənin artilleriya atəşi barədə məlumat yayıb.
Sputnik
BAKI, 2 sentyabr - Sputnik. Sentyabrın 2-si saat 11:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini 60 və 82 millimetrlik minaatanlardan atəşə tutub. Bu barədə Müdafiə nazirliyinin məlumatında deyilir.

"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb", - deyə məlumatda qeyd olunur.

Xatırladaq ki, sentyabrın 2-si səhər saatlarında Azərbaycan Ordusunun ŞahbuzKəlbəcər rayonları istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) səyyar yerüstü idarəetmə stansiyası məhv edilib.
Həmin stansiyadan Ordumuzun müxtəlif istiqamətlərdə yerləşən mövqeləri üzərində kəşfiyyat aparan və zərbə endirən PUA-ların idarə olunması üçün istifadə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.