Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Ermənistana məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib - VİDEO-YENİLƏNİB

Müdafiə nazirliyi Azərbaycan ordusunun növbəti uğuru barədə məlumat yayıb.
Sputnik
BAKI, 2 sentyabr - Sputnik. Sentyabrın 2-si səhər saatlarında Azərbaycan Ordusunun ŞahbuzKəlbəcər rayonları istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) səyyar yerüstü idarəetmə stansiyası məhv edilib. Bu barədə Müdafiə nazirliyinin məlumatında deyilir.
Qeyd edilir ki, bu stansiyadan Ordumuzun müxtəlif istiqamətlərdə yerləşən mövqeləri üzərində kəşfiyyat aparan və zərbə endirən PUA-ların idarə olunması üçün istifadə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.