SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ekspert: Yalnız Moskva Bakı ilə İrəvan arasında sülhə nail ola biləcək

Ekspert bildirir ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasına Qərb yox, Rusiya nail ola biləcək.
Sputnik
BAKI, 2 sentyabr — Sputnik. Hazırda həm Azərbaycan, həm də Ermənistan üzərində yalnız Rusiya təsir rıçaqlarına malikdir və Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasına məhz Moskva nail ola biləcək. Bunu türkiyəli analitik və Cənubi Qafqaz üzrə ekspert Engin Özer RİA Novosti-yə bildirib.
"Hazırda vəziyyətin gərginləşməsi Parisdən göstəriş alan Ermənistanın hazırkı baş naziri Nikol Paşinyana sərfəlidir. Cənubi Qafqazda eskalasiya bu gün Bakı və Moskvanı az maraqlandırır. Azərbaycan Prezidenti İlham Əliyevə sülh müqaviləsi və Paşinyanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı əvvəlki bəyanatlarının sənədli təsdiqi lazımdır. Ancaq Paşinyanın vəziyyəti fərlqidir. Ermənistan cəmiyyətinin bu ölkədə hakim elitaya nəhəng təzyiqi hiss olunur. Bundan başqa, bunu nəzərə almaq lazımdır. Fransadan Paşinyana "dəstək" verir. Qərb İrəvanın köməyi ilə Cənubi Qafqazda Rusiyanı narahat eməyə çalışır. Yeni gərginlik raundu Moskvanın planlarına zərbə vura bilər və Qərb ölkələri bunu yaxşı bilir", – türkiyəli ekspert bildirib.
Onun sözlərinə görə, Moskvanın həm İrəvana, həm də Bakıya təzyiq rıçaqları var. "Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasına Qərb yox, Rusiya nail ola biləcək. Bu gün Cənubi Qafqazdakı münaqişənin həlli ilk növbədə Rusiya üçün sərfəlidir. Düşünürəm ki, Kreml Nikol Paşinyana zəng edəcək", - Özer bildirib.
Ötən il İrəvan və Bakı Rusiya, ABŞ və Avropa İttifaqının vasitəçiliyi ilə gələcək sülh müqaviləsini müzakirə etməyə başlayıblar. 2023-cü ilin may ayının sonunda Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Qarabağ ərazisi ilə birlikdə ümumi sahəsi 86,6 min kvadrat kilometr olan Azərbaycanın suverenliyini tanıyacağını bəyan edib. Azərbaycan lideri İlham Əliyev bildirib ki, İrəvan öz mövqeyini dəyişməsə, Azərbaycan və Ermənistan yaxın gələcəkdə sülh müqaviləsi imzalaya bilər.