BAKI, 30 avqust — Sputnik. İsraildə qadınları seks üçün aldatan ABŞ-lı ravvin həbs olunub
"The Jerusalem Post" bu barədə xəbər verib.
Otuz dörd yaşlı ABŞ vətəndaşı Cozef Parizer çərşənbə axşamı, avqustun 22-də həbs edilib. İstintaqın müəyyən etdiyi kimi, son 10 ay ərzində o, ən azı doqquz qurbanı ilə dələduzluq yolu ilə "ciddi romantik münasibətlərə" girib.
Qüds ilahiyyat məktəblərindən birində ravvinlik edən Parizer aldatmaq istədiyi qadının maraqlarından asılı olaraq fərqli dindarlıq nümayiş etdirib. Bəzilərinə əvvəl o, özünü "yuxarı təbəqə"nin nümayəndəsi, digərlərinə isə dərin dindar bir insan kimi təqdim edib. Bundan əlavə, Parizer özü üçün müxtəlif tərcümeyi-hallar icad edib. Məsələn, məşuqələrindən biri ilə görüşəndə o, özünü bələdçi itlərin təlimçisi kimi qələmə verib.
Təcavüzkar aldadılan şəxslərə evlənəcəyini vəd edib və onlardan bəziləri ilə müntəzəm cinsi əlaqədə olub. Nəticədə onun ikili həyatından xəbər tutan bəzi qadınlar polisə ifadələr yazıblar. Digərləri isə hüquq-mühafizə orqanları ilə əməkdaşlıqdan imtina edərək, "hər şeyi unudub yola davam etməyə" üstünlük veriblər.
İsrailin cinayət məcəlləsinə görə, tərəflərdən birinin aldadılması nəticəsində yaranan razılıq əsasında cinsi əlaqə zorlama kimi tanınır.
Parizerin fotosu media vasitəsilə daha çox qurbanın polisə müraciət edəcəyi ümidi ilə yayılıb. Hazırda həbs müddətinin uzadılması məsələsi həll edilir.
Qeyd edək ki, daha əvvəl İngiltərədə bir qadının rəfiqəsini cinsi əlaqəyə sövq etmək üçün özünü kişi kimi göstərdiyi və məhkəmə qarşısına çıxarıldığı bildirilib. O, zorlamada ittiham olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.