CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha bir yenilik - Əlil və ahıl şəxslər üçün mobil xidmət mərkəzləri yaradılacaq

Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramının icrası ilə bağlı bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiqi ilə bağlı müvafiq tədbirlər görülür.
Sputnik
BAKI, 2 sentyabr - Sputnik. Hərəkət qabiliyyəti zəif olan əlilliyi müəyyən edilmiş və ahıl şəxslərə sosial xidmətlərin operativ şəkildə göstərilməsi üçün mobil xidmət mərkəzləri yaradılacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, planda 4 şəhər və rayonda mobil xidmət mərkəzləri vasitəsilə azı 200 nəfər əlilliyi müəyyən edilmiş150 ahıl şəxsə mobil xidmətlərin göstərilməsi imkanının yaradılacağı bildirilir.
Həmin xidmətlər onların lazım olan yardım və sosial xidmətləri daha çevik şəkildə əldə etmələrinə yönəlib.
Sənədə əsasən, 6 şəhər və rayonda ahıl şəxslərin ictimai faydalı fəaliyyətə cəlb edilməsi, onların bilik və bacarıqlarından məqsədyönlü istifadə edilməsi və asudə vaxtlarının səmərəli təşkili ilə bağlı layihələr də həyata keçiriləcək.
Qeyd olilir ki, dövlət başçısı tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Tədbirlər Planında 2024–2026-cı illərdə bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiqi ilə bağlı müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.