DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Alimlərdən yaşından gənc görünən insanlarla bağlı ağlasığmaz açıqlama

Real yaşından daha yaşlı görünən insanlarda yaşla bağlı xəstəliklərin riskinin çox yüksək olduğu müəyyən edilib.
Sputnik
BAKI, 2 sentyabr - Sputnik. Alimlər yaşından gəng görünənlərlə bağlı tədqiqatın maraqlı məqamlarını açıqlayıblar. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Hollandiyada aparılan araşdırmada real yaşından ən az 5 yaş kiçik görünən insanların idrak qabiliyyətlərinin digər insanlara nisbətən daha inkişaf etdiyi sübut olunub.
Onlar həmçinin eşitmə itkisi, osteoporoz və katarakt kimi yaşa bağlı xəstəliklərdən 25% daha az əziyyət çəkirdilər. Ancaq real yaşından daha yaşlı görünən insanlarda yaşla bağlı xəstəliklərin riskinin çox yüksək olduğu müəyyən edilib.
Olduğundan daha gənc görünən insanların orqanları, zehni və bədəni bu istiqamətdə çox daha sağlamdır.
Bəzi insanların niyə yaşlı, digərlərinin isə daha gənc göründüyünü anlamaq üçün bu iki yaş tipinə, xronoloji və bioloji xüsusiyyətlərə diqqət yetirmək lazımdır.
Xronoloji yaş yaşadığımız illərin sayı olsa da, bioloji yaş hüceyrələrimizin və toxumalarımızın yaşına aiddir. Xronoloji yaşı dəyişmək mümkün deyil, ancaq pəhriz, idman, siqaret, yuxu keyfiyyəti kimi faktorların təsiri ilə bioloji yaşı irəli və ya geri çəkmək mümkündür. Bu məqamda vərdişlərimizin qocalma prosesinə böyük təsir etdiyini söyləmək olar.
Genetikamızdakı dəyişikliklər bioloji yaşı təyin etmək üçün açardır.
Bu mərhələdə iki fərqli hadisəyə baxan tədqiqatçılar əvvəlcə xromosomların bir hissəsi olan telomerləri araşdırıblar.
Bədənimizdəki hər bir DNT ardıcıllığı genetik məlumat daşıyan xromosomların birləşməsi ilə əlaqəlidir.
Elm adamları isə bu telomerlərin artan xronoloji yaşla qısaldığını bildirirlər.
Bioloji yaşa təsir edən başqa bir proses DNT-mizin necə qocalmasıdır. Biz DNT-ni sabit və dəyişməz bir şey kimi düşünürük, lakin bu doğru deyil. Genlərimizin bəziləri "açıq", bəziləri isə "bağlıdır". Yəni açıq gen aktiv, qapalı gen isə, passiv olur.
Genləri açıb-bağlayan bu proses "metilləşmə" adlanır və bioloji yaşın müəyyən edilməsi üçün metilləşmə prosesi izlənilir. Bu mərhələdə hətta orqanizmdə hansı orqanın daha tez qocaldığını müəyyən etmək olar.
Bioloji yaşı hesablamaq asan deyil. İnternetdəki bəzi saytlar bu yaşın hesablanmasında müvəffəqiyyətli olduqlarını bildirsələr də, dəqiq müəyyən etmək üçün tibbi müayinələr bir tibb işçisinin iştirakı ilə aparılmalıdır.
Bu hallara əsaslanaraq, dermatoloq Tamar Nijsten və həmkarları yoxlama komitəsindən 51-88 yaş arası insanların 2679 portretini araşdırmağı xahiş edib.
Bu 2679 iştirakçı fotosessiya zamanı makiyaj, krem və ya zinət əşyalarından istifadə etməyib. İştirakçıların təxmini yaşları ilə onların xronoloji yaşları arasındakı fərqlər onların cinsi nəzərə alınmaqla bu fotoşəkillərdə qiymətləndirilib.
Xronoloji yaşlarından 5 yaş kiçik görünən iştirakçılar koqnitiv testlərdə daha yaxşı nəticə göstəriblər.
Yaşından daha yaşlı görünənlərin, yaşlarından daha gənc görünənlərə nisbətən ölüm riskinin çox daha yüksək olduğu müəyyən edilib.
Eyni zaamnda qəbul edilən yaş və osteoartrit və yaşa bağlı görmə pozğunluğu arasında heç bir əlaqə müəyəyn edilməyib.
Oxşar nəticələrə malik başqa bir araşdırma Kopenhagendə 20 min kişi üzərində aparılıb.
Daha çox üz qırışları, keçəllik və ağ saçları olan insanların infarkt keçirmə riskinin daha yüksək olduğu müəyyən edilib.
Yaponiyada 273 kişi və qadın üzərində aparılan araşdırmada, yaşlarından az olan insanların gələcək həyatlarında ürək xəstəliyinə tutulma riskinin xeyli aşağı olduğu aşkarlanıb.
Yaşlanma tərzimiz əsasən genlərlə bağlıdır və insan nəzarətindən kənardadır.
Ancaq qocalma əlamətlərinin bir neçə il də olsa qarşısını almaq və bu prosesi yavaşlatmaq üçün edə biləcəyimiz bəzi şeylər var.
Sağlam qidalanmaq, idman etmək, streslə mübarizə aparmaq, siqaret və spirtli içkilərdən uzaq olmaq, yuxu rejimini tarazlaşdırmaq, günəşə çox məruz qalmamaq, kifayət qədər su istehlak etmək və ən əsası fiziki mühit bu əlamətlərin qarşısını ala biləcək amillərdəndir.
Fiziki mühit dedikdə, iş mühiti və vaxt keçirdiyimiz yerləri nəzərdə tutulur.
Eyni zamanda, çirklənmiş havanın tərkibindəki zərərli maddələrin insan orqanizminə təsiri də insanın olduğundan daha gənc və ya yaşlı görünməsində çox mühüm rol oynayır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.