BAKI, 1 sentyabr — Sputnik. Şuşada bərpa və təmir olunmuş Yuxarı Gövhərağa məscidinə (Şuşa cümə məscidi) imam təyin olunub.
Mirabdulla Həsənli "Report"a açıqlamasında bildirib ki, bu ayın ortalarında Yuxarı Gövhərağa məscidində fəaliyyətə başlayacaq.
O, əvvəllər Şuşa rayonunun imamı olub.
Qeyd edək ki, Yuxarı Gövhər ağa məscidi Şuşa şəhərinin mərkəzi meydanında yerləşən və şəhər ərazisində tikilmiş ən qədim məsciddir. Məscid ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb.