BAKI, 1 sentyabr - Sputnik. Azərbaycan Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 1 milyon manat ayrılıb.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Vəsait Azərbaycan Respublikasında dini dəyərlərin qorunması və daha da inkişaf etdirilməsi üçün nəzərdə tutulmuş Prezidentinin ehtiyat fondundan ayrılıb.