RUSİYA

Moskvanın hava limanlarında onlarla reys təxirə salınıb

Bu gün səhər Moskva meri Sergey Sobyanin hava hücumundan müdafiə (HHN) qüvvələri tərəfindən paytaxta pilotsuz uçuş aparatları (PUA) ilə növbəti hücumun qarşısının alınması barədə bildirib.
Sputnik
BAKI, 1 sentyabr — Sputnik. Rusiya paytaxtı Moskvanın hava limanlarında 55-dən çox reys təxirə salınıb.
Moskva hava limanlarının onlayn tablosunun məlumatlarına əsasən, paytaxtda 58-ə yaxın reys təxirə salınıb.
Bu gün səhərə olan məlumata görə, Şeremetyevo hava limanında 11 reys gecikib, 1 reys təxirə salınıb.
Vnukovo hava limanında 17 reys gecikib.
Domodedovoda isə 26 reys gecikib, 5 reys təxirə salınıb.
Xatırladaq ki, bu gün səhər Moskva meri Sergey Sobyanin hava hücumundan müdafiə (HHN) qüvvələri tərəfindən paytaxta pilotsuz uçuş aparatları (PUA) ilə növbəti hücumun qarşısının alınması barədə bildirib.