BAKI, 1 sentyabr - Sputnik. Kreml Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan arasında Soçidə keçiriləcək danışıqların gündəliyini açıqlayıb.
APA Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Putin və Ərdoğanın Soçi görüşündə qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələlərinin, eləcə də aktual beynəlxalq məsələlərin müzakirəsi planlaşdırılır.
Qeyd edək ki, Rusiya və Türkiyə liderinin görüşü sentyabrın 4-də keçiriləcək.