AZƏRBAYCAN XƏBƏRLƏRİ

Ayxan Hacızadə Paşinyanın iddialarına cavab verib

Azərbaycan bundan sonra da təxribatların qarşısını almaq üçün tədbirlər görəcək
Sputnik
BAKI, 1 sentyabr - Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə Ermənistanın Baş naziri Nikol Paşinyanın iddialarına cavab verib.
Bu barədə XİN-in sözçüsü sosial şəbəkədə yazıb.
“Ermənistandakı gərgin vəziyyətdən əhalinin diqqətini yayındırmaq üçün Azərbaycana qarşı təxribata əl atmaq və bunda regionda sülhün tərəfdarı olan Azərbaycanı ittiham etmək məsuliyyətdən yayınmaq üçün çarəsiz cəhddən başqa bir şey deyil. Azərbaycan bundan sonra da belə təxribatların qarşısını almaq üçün tədbirlər görəcək”, - diplomat qeyd edib.