İQTİSADİYYAT

Aİİ-nin milli və dost valyutalarda qarşılıqlı ticarət dövriyyəsi 90%-ə çatacaq

Rusiya XİN rəhbəri bildirib ki, ötən il Avrasiya İqtisadi İttifaqı ölkələri arasında qarşılıqlı ticarət və hesablaşmaların 76%-i artıq dollarla deyil, ilk növbədə milli və dost valyutaları ilə həyata keçirilib.
Sputnik
BAKI, 1 sentyabr — Sputnik. Avrasiya İqtisadi İttifaqının (Aİİ) milli və dost valyutalarda qarşılıqlı ticarət dövriyyəsi 2023-cü ildə 90%-ə çatacaq.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Universitetinin Beynəlxalq Əlaqələr İnstitunun tələbələri və professor-müəllim heyəti ilə görüşündə bildirib.
Rusiya XİN rəhbəri qeyd edib ki, ötən il bu rəqəm 76% təşkil edib,
“Səhv etmirəmsə, ötən il Avrasiya İqtisadi İttifaqı ölkələri arasında qarşılıqlı ticarət və hesablaşmaların 76%-i artıq dollarla deyil, ilk növbədə milli və dost valyutaları ilə həyata keçirilib, bu il isə bunun 90% olacağı gözlənilir", - Lavrov bildirib.
İQTİSADİYYAT
Nazir Bakı ilə Stavropol arasında əməkdaşlığın əsas istiqamətlərini açıqladı