HADİSƏ

Şəmkirdə ağır avtomobil qəzası olub, ölənlər və yaralananlar var

Avtomobildə olan digər sərnişinlər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Sputnik
BAKI, 31 avqust - Sputnik. Şəmkirdə ağır avtomobil qəzası olub, ölənlər və yaralananlar var.
"Report"un məlumatına görə, Bakı-Qazax magistral yolunun Şəmkir rayon Dəllər Cəyir kəndi ərazisindən keçən hissəsində Tovuz rayon sakini, 1996-cı il təvəllüdlü R.Namazov idarə etdiyi "Mercedes" markalı minik maşını ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yol kənarına aşırıb.
Nəticədə avtomobildə olan sərnişinlər - 1980-ci il təvəllüdlü Dürdanə Nəbiyeva və 2002-ci il təvəllüdlü Eyvaz Nəbiyev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Avtomobildə olan digər sərnişinlər - Tovuz rayon sakinləri Mustafayeva Aygün Məhəmməd qızı, Bayramov Mahir Balakişi oğlu, Məmmədova Bahar Vidadi qızı və Namazov Röyal Xaliq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin 9-cu tağımının əməkdaşları gəlib, müvafiq tədbirlər həyata keçirib, faktla bağlı araşdırmalar davam etdirilir.