DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rişi Sunak Britaniya müdafiə nazirinin istefa ərizəsini qəbul edib

Uolles 2019-cu ildə Boris Conson hakimiyyətə gəldikdən sonra Britaniyanın müdafiə naziri təyin edilib.
Sputnik
BAKI, 31 avqust — Sputnik. Britaniyanın baş naziri Rişi Sunak müdafiə naziri Ben Uollesin istefasını qəbul edib.
Bundan əvvəl Ben Uolles Sunaka istefa ərizəsi göndərmişdi.
Sunak hökumətin internet saytında dərc olunan məktubunda yazıb: "Vəzifədən getmək istəyinizi tam başa düşürəm. Siz mənim ofisimi minnətdarlıq və hörmətlə tərk edirsiniz".
Uolles 2019-cu ildə Boris Conson hakimiyyətə gəldikdən sonra Britaniyanın müdafiə naziri təyin edilib.
İyul ayında "The Times"a verdiyi müsahibədə Uolles planlaşdırılan kabinet dəyişikliyinin bir hissəsi olaraq payızda vəzifəsini tərk etmək və siyasətdən getmək niyyətini təsdiqləyib. O, nazir postundan getdikdən sonra siyasətdən və müdafiə nazirliyindən kənar normal həyata qayıtmaq istədiyini və barda işləməkdən məmnun olacağını bildirib.
Xatırladaq ki, Ben Uolles "The New York Times"ə müsahibəsində Ukraynada hərbi əməliyyatların gələn il də davam edəcəyini bildirmişdi.