SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Qarabağdakı separatçıların lideri istefa verdi

Arutunyan bu gün Qurgen Nersisyanı "dövlət naziri" vəzifəsindən kənarlaşdırdığını, onun yerinə "Təhlükəsizlik Şurasının katibi" Sergey Şahramanyanı geniş səlahiyyətlərlə "dövlət naziri" təyin etdiyini açıqlayıb.
Sputnik
BAKI, 31 avqust — Sputnik. Qarabağdakı erməni quldurlarının başçısı Araik Arutunyan istefa verib.
Bu barədə Araik Arutunyan Facebook* hesabında yazıb.
Araik Arutunyan bildirib ki, sabah (sentyabrın 1-də - red.) vəzifəsindən istefa ərizəsini təqdim edəcək.
Arutunyan bu gün Qurgen Nersisyanı "dövlət naziri" vəzifəsindən kənarlaşdırdığını, onun yerinə "Təhlükəsizlik Şurasının katibi" Sergey Şahramanyanı geniş səlahiyyətlərlə "dövlət naziri" təyin etdiyini açıqlayıb.
Yəni separatçılara rəhbərlik müvəqqəti olaraq qondarma “Təhlükəsizlik Şurasının katibi” Samvel Şahramanyana keçib.