Dünyanın bir çox regionlarının sakinləri avqustun 31-nə keçən gecə səmada "mavi super Ay"ı müşahidə edə biliblər.
Mütəxəssislərin fikrincə, bu, Ayın Yerə mümkün qədər yaxın məsafədə olduğu zaman baş verən hadisədir.
Gecə səmasında o, planetimizə maksimum çox yaxınlaşdığına görə daha parlaq və iri görünür.
"Mavi Ay" termini 28 gün olan Ay dövrü ilə əlaqələndirilir. Bir ayda günlərin sayı isə 30-dan 31 günə qədərdir. Buna görə də bəzən bir təqvim ayında iki tam Ay olur.