SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Arutyunyanın ardınca erməni separatçılarının daha bir nümayəndəsi istefa verib

Beqlaryan bundan əvvəl ombudsman və qondarma qurumun naziri vəzifələrində çalışıb.
Sputnik
BAKI, 31 avqust — Sputnik. Artak Beqlaryan qodarma qurumun nazirinin müşaviri vəzifəsindən azad edilib. Bu barədə Beqlaryan Facebook səhifəsində yazıb.
Avqustun 31-i separatçıların rəhbəri Arayik Arutyunyan da istefa verdiyini açıqlayıb. O qondarma qurumun naziri Qurgen Nersisyanı vəzifəsindən azad edib.
Beqlaryan bundan əvvəl ombudsman və qondarma qurumun naziri vəzifələrində çalışıb. O, 2022-ci ilin noyabrında qondarma qurumun nazirinin müşaviri vəzifəsinə təyin edilib.
Arutunyan bu gün Qurgen Nersisyanı "dövlət naziri" vəzifəsindən kənarlaşdırdığını, onun yerinə "Təhlükəsizlik Şurasının katibi" Sergey Şahramanyanı geniş səlahiyyətlərlə "dövlət naziri" təyin etdiyini açıqlayıb.
Yəni separatçılara rəhbərlik müvəqqəti olaraq qondarma “Təhlükəsizlik Şurasının katibi” Samvel Şahramanyana keçib.
SİYASƏT
Qarabağdakı separatçıların lideri istefa verdi