BAKI, 30 avqust — Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvada keçiriləcək danışıqlarda yüksək səviyyəli təmasların cədvəlini, o cümlədən Ukrayna və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Avqustun 31-dən sentyabrın 1-dək Hakan Fidan Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri ilə danışıqlar aparmaq məqsədilə Moskvaya işgüzar səfər edəcək. XİN rəhbərləri ən yüksək səviyyələrdə ikitərəfli təmasların cədvəlini hazırlayacaq", - Zaxarova açıqlayıb.
Onun sözlərinə görə, nazirlər Ukraynada və Cənubi Qafqazda, Suriyada, Liviyadakı vəziyyəti müzakirə edəcək, həmçinin Rusiya-Türkiyə ikitərəfli əməkdaşlığının vəziyyətini, o cümlədən Azərbaycan enerji sektorunda strateji layihələrin həyata keçirilməsi kontekstində müzakirələr aparacaqlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.