RUSİYA

Rusiyanın iştirakı olmadan taxıl sazişindən söhbət gedə bilməz - Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, Rusiya-Türkiyə danışıqlarının mövzularından biri İstanbul razılaşmaları və Ukrayna ərzaq məhsullarının ixracı ilə bağlı Qara dəniz təşəbbüsü ətrafında vəziyyət olacaq.
Sputnik
BAKI, 30 avqust — Sputnik. Taxıl sazişi Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında Moskvada keçiriləcək danışıqlarda müzakirə mövzularından biri olacaq. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

"Gözlənildiyi kimi, bu gün açıqladığım xarici işlər nazirləri səviyyəsində qarşıdakı Rusiya-Türkiyə danışıqlarının mövzularından biri İstanbul razılaşmaları və Ukrayna ərzaq məhsullarının ixracı ilə bağlı Qara dəniz təşəbbüsü ətrafında vəziyyət olacaq. Rusiya sazişdə iştirakını iyulun 17-də dayandırıb", - diplomat bildirib.

Zaxarova deyib ki, Rusiyanın iştirakı olmadan taxıl sazişindən söhbət gedə bilməz, bu fiziki cəhətdən mümkün deyil.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.