RUSİYA

Rusiya Maliyyə Nazirliyi Cənubi Qafqazdan alkoqol idxalını genişləndirməyi təklif edir

Qurumun bəyanatında deyilir ki, Xəzər dənizi ilə dəniz nəqliyyatının inkişafı məqsədəuyğundur. Bu, Cənubi Qafqaz ölkələrindən Rusiya Federasiyasına alkoqollu məhsulların idxalı kanalını saxlamağa imkan verəcək.
Sputnik
BAKI, 30 avqust — Sputnik. Rusiya Federasiyası Maliyyə Nazirliyi Həştərxan və Olya limanlarını Cənubi Qafqaz ölkələrindən alkoqollu içkilərin çatdırılmasından ötrü dəniz yolu ilə daşınması üçün nəzarət-buraxılış məntəqələri siyahısına daxil etməyi təklif edib.
Hökumətin qərar layihəsi regulation.gov.ru portalında yerləşdirilib. O, "Rusiya Federasiyasına etil spirtinin, alkoqollu məmulatların və tütün məmulatlarının gətirilməsi üçün Rusiya Federasiyasının dövlət sərhədindən buraxılış məntəqələrinin yaradılması haqqında" hökumətin qərarında dəyişiklik edir.
Layihə Rusiya Federasiyasının nəqliyyat potensialının inkişaf etdirilməsi və qeyri-dost ölkələrin xarici sanksiyalar təzyiqi fonunda Cənubi Qafqaz ölkələrindən alkoqollu məhsulların idxalı məqsədilə hazırlanıb.
Sənədə əsasən, 2022-ci ildə Aİ ölkələri tərəfindən məhdudiyyətlər tətbiq edildikdən və bir sıra xarici şirkətlərin fəaliyyəti dayandırıldıqdan sonra Cənubi Qafqaz ölkələrindən spirtli içkilərin idxalı üçün kanalın əhəmiyyəti xeyli artıb. Lakin hazırda buna bir sıra problemlər mane olur. O cümlədən, izahat yazısında qeyd olunur ki, Rusiya-Gürcüstan dövlət sərhədinin Yuxarı Lars-Kazbeqi hissəsində avtomobil yolu ilə spirtli içkilərin idxalı üçün mövcud buraxılış məntəqəsi gücləndirilmiş yük rejimində işləyir və Hərbi-Gürcüstan dağ rayonunda tez-tez hava şəraiti ilə əlaqədar olaraq, xüsusilə qış mövsümündə bağlanır.
Maliyyə Nazirliyi onu da qeyd edir ki, bu marşrut üzrə daşınma zamanı dağıntı riski, dağ serpantinlərinin, körpülərin və tunellərin olması nəzərə alınmalıdır ki, bu da logistika xərclərinin xeyli artmasına səbəb olur. Bundan əlavə, Gürcüstan Rusiya Federasiyası ilə xarici iqtisadi əlaqələrə yenidən baxılması barədə fikirlərini bildirir ki, bu da nəqliyyat kommunikasiyalarına təsir göstərə bilər.
Sənəd müəlliflərinin fikrincə, nəqliyyat rabitəsi ilə bağlı çətinliklər, o cümlədən yol əlaqəsinin bağlanması zamanı spirtli içkilərin başqa ölkələr vasitəsilə çatdırılmasına ehtiyac yaranacaq.
Belə şəraitdə Xəzər dənizi üzrə dəniz daşımalarını inkişaf etdirmək məqsədəuyğun görünür ki, bu da Rusiya Federasiyasına Zaqafqaziya ölkələrindən spirtli içki gətirmə kanalını saxlamağa imkan verəcək və dəniz əlaqəsi daha az xərc tələb etdiyindən logistika ilə bağlı xərcləri azaltacaq", - sənəddə belə deyilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İQTİSADİYYAT
Azərbaycandan Rusiyaya alkoqollu içkilərin ixracı kəskin artıb - İstehsal da yüksəlib