Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Laçın dəhlizindəki vəziyyətə görə sülhməramlıları günahlandırmaq düzgün deyil - Zaxarova

Rusiyalı diplomat bildirib ki, həm Azərbaycan, həm də Ermənistanın ilk növbədə mövqeyini nəzərə almaq lazımdır.
Sputnik
BAKI, 30 avqust — Sputnik. Laçın dəhlizində qeyri-stabilliyə görə məsuliyyəti Rusiya sülhməramlılarının üzərinə qoymaq düzgün deyil. Bunu Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Biz bu kontekstdə məsuliyyətin Rusiya sülhməramlı kontingentinin üzərinə qoyulmasını yersiz, yanlış, əsassız hesab edirik. Sülhməramlıların vəzifəsini İrəvan və Ermənistan hakimiyyəti tərəfindən Dağlıq Qarabağın Azərbaycana məxsusluğunu tanımasından sonra yaranan yeni şəraitdə Rusiya sülhməramlı kontingentinin vəzifəsi Azərbaycana Qarabağ ermənilərinin bütün hüquq və təhlükəsizliyini təmin etməkdir", - deyə o bildirib.

Diplomat onu da bildirib ki, Laçın dəhlizində mövcud vəziyyət Ermənistanın Dağlıq Qarabağı Azərbaycan ərazisinin bir hissəsi kimi tanımasının nəticəsidir.
"Bu, Avropa İttifaqının 2022-ci ilin oktyabrında, 2023-cü ilin mayında hər iki ölkə liderlərinin iştirakı ilə baş tutan sammitin yekunlarında qeydə alınıb. Bu, Dağlıq Qarabağ ətrafındakı vəziyyətlə bağlı Rusiya Xarici İşlər Nazirliyinin iyulun 15-də verdiyi bəyanatda açıq şəkildə qeyd olunub", - Zaxarova əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.