AZƏRBAYCAN XƏBƏRLƏRİ

Hikmət Hacıyev: Laçın yolu Ağdam-Xankəndi avtomobil yolundan bir gün sonra açılacaq

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Qarabağ ermənilərinə Azərbaycan vətəndaşları ilə eyni dil, mədəni, dini və bələdiyyə hüquqları təklif olunub.
Sputnik
BAKI, 30 avqust — Sputnik. Laçın yolu Ağdam-Xankəndi yolunda hərəkət açılandan 24 saat sonra açılacaq. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan Ağdam-Xankəndi yolu ilə Qarabağ bölgəsinin təchizatı üçün alternativ marşrut təklif edir.

"Ağdam-Xankəndi yolunda hərəkət açılandan 24 saatdan sonra Laçın yolu açılacaq. Yollar nə qədər çox olsa, hamı üçün bir o qədər yaxşıdır", - Hacıyev BBC-yə müsahibəsində bildirib.

Hikmət Hacıyev qeyd edib ki, Qarabağ ermənilərinə Azərbaycan vətəndaşları ilə eyni dil, mədəni, dini və bələdiyyə hüquqları təklif olunub.
Vaqif Xaçaturyanın 1991-ci ilin dekabrında Xocalı rayonunun kəndlərindən birinə basqın etmək ittihamı ilə Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsini keçərkən saxlanılmasına münasibət bildirən Hacıyev deyib ki, bir çox şahidlər onu media vasitəsilə tanıyıblar.

"Biz heç vaxt deməmişik ki, hərbi cinayətkarlar məsuliyyətə cəlb edilməməlidir", - prezidentin köməkçisi bildirib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.