BAKI, 30 avqust — Sputnik. Bu il ixtisas seçimi təsdiqlənmiş 17504 abituriyent müsabiqədən keçə bilməyəcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə tanınmış təhsil eksperti Elçin Əfəndi öz *Facebook səhifəsində məlumat yayıb. O, bildirib ki, bu il 17504 nəfər müsabiqəyə çıxarılan faktiki plan yerindən kənarda qalır, yəni imtahandan kəsiləcək.
Onun sözlərinə görə, I ixtisas qrupu üzrə 18386 plan yeri uğrunda 21750 abituriyent və subbakalavr elektron ixtisas seçimini təsdiq edib:
"Bu isə o deməkdir ki, I ixtisas qrupu üzrə faktiki olaraq 3364 nəfər abituriyent və subbakalavr müsabiqədən keçə bilməyəcək, yəni kəsiləcək".
"II ixtisas qrupu üzrə isə 13285 plan yeri uğrunda 16323 abituriyent və subbakalavr elektron ixtisas seçimini təsdiq edib. Yəni, II ixtisas qrupu üzrə faktiki olaraq 3038 nəfər abituriyent və subbakalavr müsabiqədən keçə bilməyəcək. III ixtisas qrupu üzrə 16067 plan yeri uğrunda 19773 abituriyent və subbakalavr elektron ixtisas seçimini təsdiq edib. Bu isə o deməkdir ki, III ixtisas qrupu üzrə faktiki olaraq 3706 nəfər abituriyent və subbakalavr müsabiqədən keçə bilməyəcək, yəni kəsiləcək. IV ixtisas qrupu üzrə 4100 plan yeri uğrunda 5774 abituriyent və subbakalavr elektron ixtisas seçimini təsdiq edib. IV ixtisas qrupu üzrə faktiki olaraq 1674 nəfər abituriyent və subbakalavr müsabiqədən keçə bilməyəcək. V ixtisas qrupu üzrə 4004 plan yeri uğrunda 9726 abituriyent və subbakalavr elektron ixtisas seçimini təsdiq edib. Bu da o deməkdir ki, V ixtisas qrupu üzrə faktiki olaraq 5722 nəfər abituriyent və subbakalavr müsabiqədən keçə bilməyəcək, yəni kəsiləcək"deyə ekspert bildirib.
E.Əfəndi qeyd edib ki, ümumilikdə 70301 abituriyent və subbakalavr ixtisas seçim təsdiqində iştirak edir ki, onlardan da 17504 nəfər müsabiqəyə çıxarılan faktiki plan yerindən kənarda qalır:
"Onu da bildirim ki, ümumilikdə 55842 plan yeri ayrılmışdır ki, onların da ixtisas qrupları üzrə dövlət sifarişi (ödənişsiz) üzrə bölgüsü belədir:
I ixtisas qrupu: 13348 yer.
II ixtisas qrupu: 4325 yer.
III ixtisas qrupu: 4265 yer.
IV ixtisas qrupu: 3045 yer.
V ixtisas qrupu: 1597 yer.
Qeyd edim ki, ixtisas seçim təsdiqi nəticələrinin qarşıdakı 2-3 gün ərzində elan olunması gözlənilir".
* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.