SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanla hesablaşmadan bölgədə hər hansı təşəbbüsü icra etmək mümkün deyil - Deputat

Politoloq qeyd edib ki, bölgəyə Fransa yardımının göndərilməsi hadisələri mənfi yöndəndən təqdim etmıəyə hesablanıb.
Sputnik
BAKI, 30 avqust — Sputnik. Azərbaycanın Qarabağdakı ermənilər üçün nəzərdə tutulmuş, içərisində 40 ton un olan iki TIR dünəndən etibarən Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları humanitar yükün sertifikatını Azərbaycan və rus dillərində təqdim edib. Qarabağda yaşayan erməni separatçıların bir qismi Azərbaycanın humanitar yardım addımına qarşı aqressiv münasibət göstərməyə başlayıb. Eyni zamanda Fransadan Qarabağdakı ermənilər üçün göndərilən 10 ədəd “humanitar yardım” TIR-ı bu gün İrəvandan Laçına doğru yola düşüb.
Bəs erməni icması bu humnaitar yardımdan imtina etsə, nə baş verəcək?
Mövzu ilə bağlı millət vəkili Arzu Nağıyev və politoloq İlyas Hüseynov Sputnik Azərbaycan-a danışıb.
Millət vəkili bildirib ki, ermənilərin bizim humanitar yardımdan imtina etməsi göstərəcək ki, bu, siyasi şoudur:

"Onlar artıq bir müddətdir ki, yardım adı altında 19 yük maşınını Laçın yolunda saxlayıblar. Bu yük maşınları da Koçaryanın şirkətlərinə məxsusdur. Yəni onlar siyasi şou yaratmaqla nəyəsə nail olmağa çalışsalar da hələlik heç nəyə müvəffəq ola bilməyiblər. Onlar nəyin bahasına olursa-olsun Laçın yolu ilə Xankəndinə daxil olmaq istəyirdilər. Amma bunun nəticəsiz olduğunu gördülər. İndi də fransalılar humanitar yüklə yola çıxıblar. Onlar da bölgədəki gərgin geosiyasi vəziyyəti daha da qarışdırmaq məqsədi güdürlər".

Arzu Nağıyev
Arzu Nağıyev vurğulayıb ki, Fransa bu məsələdən Azərbaycana qarşı siyasi təzyiq aləti kimi istifadə edir:

"Düşünürəm ki, Fransa Prezidentinin ötən gün Azərbaycan liderinə zəng etməsi də bununla bağlıdır. Azərbaycan isə humanitar yardım etmək istəyənlərə istiqaməti və yolu göstərib. Ağdam-Xankəndi yolu ilə humanitar yardım daşına bilər. Hazırkı şəraitdə Azərbaycan üçün əsas olan özünün ərazi bütövlüyüdür. Rəsmi Parisin dəstəyi ilə atılan addımlar sülh müqaviləsi üzrə aparılan danışıqlara da zərbə vurur. Fransa eyni zamanda Cənubi Qafqazda yenidən güclü regional oyunçu olmaq istəyir. Ancaq atdığı addımlarla özünü Cənubi Qafqazdan tamamilə uzaqlaşdırır. Regionun lider dövləti olan Azərbaycanla hesablaşmadan burada hər hansı təşəbbüsü icra etmək mümkün deyil".

Politoloq İlyas Hüseynov hesab edir ki, Azərbaycan tərəfindən Qarabağ İqtisadi Rayonunda yaşayan ermənilərə humanitar yardımın göndərilməsi Azərbaycana qarşı aparılan təbliğatın qarşısının alınması məqsədi daşıyır:
Azərbaycan prosesə humanizm prinsiplərindən yanaşır. Lakin ermənilər bu yardımdan imtina edərək Azərbaycanın yardımına ehytiyac duymadıqlarını göstərirlər. Bununla həm də onların blokada ilə bağlı siyasəti də iflasa uğrayır, ifşa olunur. Əgər ermənilər gerçəkdən səfalət içində yaşasaydılar humanitar yardımdan imtina etməzdilər. Burada əslində görünən odur ki, erməni təbliğatı həqiqəti əks etdirmir".
İlyas Hüseynov
Politoloq qeyd edib ki, bölgəyə Fransa yardımının göndərilməsi hadisələri mənfi yöndən təqdim etməyə hesablanıb:
"Emrənistanın Laçın yolundakı TIR şousu bitməmiş Fransadan göndərilən yüklərin bu humanitar karvana qoşulması onu deməyə əsas verir ki, TIR şousunun arxasında Fransa dayanır. Hesab edirəm ki, Azərbaycanın Ağdam-Xankəndi marşrutu üzrə göndərdiyi yüklər gec-tez bölgəyə çatdırılmalı, çox tez bir zamanda bu proses bizim xeyrimizə yekunlaşmalıdır".
Qeyd edək ki, Rusiya sülhməramlı qüvvələri Bakıdan göndərilən 40 ton unun Xankəndiyə buraxılmasını təklif edib. Lakin Qarabağdakı erməni quldurları onların bu təklifini qəbul etməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.