BAKI, 29 avqust — Sputnik. Qərbin Ukrayna Silahlı Qüvvələrinin Krıma endirdiyi zərbələri dəstəkləməsi ilə bağlı Kiyevin açıqlamaları Rusiya üçün sirr deyil.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "İzvestiya"ya şərhində bildirib.
"Ona görə də biz belə siyasəti rusofobiya, onun Qərb ideoloqlarını isə dost olmayan rejimlər adlandırırıq", - deyə diplomat izah edib.
Bundan əvvəl Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak etiraf edib ki, Qərb tərəfdaşları Krım yarımadasına zərbələr endirməyə icazə veriblər.
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də bu sözləri şərh edərək, xəbərdarlıq edib ki, Qərbin Krıma zərbələr endirməyə razılığı Apokalipsisi yaxınlaşdırır.
Krımda isə yarımadanın təhlükəsizliyinin yeganə yolunun Kiyev rejiminin məhv edilməsi olduğunu bildiriblər.