DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Zaxarova: Efiopiyanın BRİKS-ə qəbul edilməsində Lavrovun böyük rolu olub

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Efiopiyanın Moskvadakı səfiri Çam Uqalu Uryatanın ölkənin assosiasiyaya qoşulmasında Rusiya Federasiyası, Hindistan və Çinin böyük rol oynadığına işarə edən bəyanatına cavab verib.
Sputnik
BAKI, 29 avqust — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Efiopiyanın BRİKS-ə daxil olmasına təsir edib.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Rossiya-1" telekanalında "Vladimir Solovyovla axşam" verilişinin efirində deyib.
O, Lavrovun nəhəng diplomatik işlər gördüyünü bildirib. Nəticə olaraq Efiopiya BRİKS-ə qoşulan altı ölkədən biridir.
"Bəli, mən bunu təsdiq edə bilərəm. Həqiqətən, bu belədir", - deyə Zaxarova sözünə davam edib.
Bu sözlər Efiopiyanın Moskvadakı səfiri Çam Uqalu Uryatanın ölkənin assosiasiyaya qoşulmasında Rusiya Federasiyası, Hindistan və Çinin böyük rol oynadığına işarə edən bəyanatına cavab olub. Ümumilikdə Argentina, Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri BRİKS-in tamhüquqlu üzvü olacaqlar.