RUSİYA

Zaxarova Almaniya hökumətinin hərəkətlərini "absurd teatrı" adlandırıb

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iddia edir ki, alman elitası gender pozğunluğunu və almanların süni şəkildə məhv edilməsini təbliğ etməklə öz xalqı üçün məzar qazır.
Sputnik
BAKI, 29 avqust — Sputnik. Almaniya hökuməti, ölkənin yüksək vəzifəli şəxslərinin səriştəsizliyinə dəlalət edən iki qanun layihəsini təsdiqləyib.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova söyləyib.
Birinci qanun layihəsi Almaniyada iqtisadiyyat və sosial sahə üçün ciddi çağırışa çevrilmiş ixtisaslı kadr çatışmazlığı probleminin həllinə yönəlib. İkinci qanun layihəsi bioloji cinsiyyətin, o cümlədən yetkinlik yaşına çatmayanların cinsiyyətinin dəyişdirilməsi prosedurunu sadələşdirir.
Zaxarova özünün "Telegram"dakı paylaşımında bu qanun layihələrini mübahisəli və millət üçün təhlükəli adlandırıb. O, Almaniya hökumətinin hərəkətlərini "absurd teatrı" hesab edir. Diplomat bildirib ki, kadr çatışmazlığı problemi daha çox "gey birliklərinin liberallaşdırılması, uşaq və yeniyetmələr, ağıl və bədən üçün kütləvi travmatik cinsi dəyişmə əməliyyatları üçün şərait yaradılması" ilə bağlıdır. O, iddia edir ki, alman elitası gender pozğunluğunu və almanların süni şəkildə məhv edilməsini təbliğ etməklə öz xalqı üçün məzar qazır.
"Birinci və ikinci suallar arasında birbaşa əlaqəni görmədən hər iki mövzunu eyni gündə necə müzakirə etmək mümkün olub", - deyə Zaxarova qeyd edib.
Bundan əvvəl Zaxarova beynəlxalq ekoloji təşkilatları "Fukusima" AES-dən 1,5 milyon ton radioaktiv suyun okeanlara axıdılmasından sonra susduqlarına görə tənqid edib.