Mətbuat mərkəzi

Stavropol diyarı - Azərbaycan: cari iqtisadi gündəm və gələcək planlar

Təkcə 2022-ci ildə Stavropol diyarının müəssisələri Azərbaycana 219 milyon dollardan çox məhsul ixrac ediblər.
Sputnik
Son illər Rusiya Federasiyasının müxtəlif subyektlərinin Azərbaycanla əməkdaşlığa marağı nəzərəçarpacaq dərəcədə artıb. Şimali Qafqaz Federal Dairəsinin əraziləri və respublikaları, xüsusilə Azərbaycanla uzun tarixə malik olan Stavropol diyarı bu məsələdə xüsusi fəallıq nümayiş etdirir.
Təkcə 2022-ci ildə Stavropol diyarının müəssisələri Azərbaycana 219 milyon dollardan çox məhsul ixrac ediblər. Bu ilin sonuna qədər ticarət dövriyyəsinin artacağı gözlənilir. İkitərəfli ticarətin rəqəmlərinin formalaşması ilə əlaqədar olaraq, avqustun 31-də saat 10.00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində Bakı-Stavropol videokörpüsü zamanı Stavropol diyarı ilə Azərbaycan arasında ticarət-iqtisadi əlaqələrin problemləri və perspektivləri müzakirə olunacaq:
Stavropolda:
Nikolay Nikolayeviç Afanasyev, Stavropol diyarı hökuməti sədrinin müavini
Bakıda:
Ruslan Mirsayapov, Rusiya Federasiyasının Azərbaycandakı ticarət nümayəndəsi.
Əlaqələr: Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru.
Tədbir Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M, 4-cü mərtəbə ünvanında "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində baş tutacaq.