BAKI, 29 avqust — Sputnik. Qərbin Ukraynaya diqqəti Qərb ölkələri ilə inkişaf etməkdə olan ölkələr arasında münasibətlərin pisləşməsinə səbəb olub.
"Global Times"ın şərhçisi Martin Jak bu barədə yazıb.
Jurnalistin fikrincə, bir çox ölkələr Ukrayna münaqişəsi ilə bağlı Qərbin mövqeyini hələ də bölüşmür. Qərb isə inkişaf etməkdə olan ölkələrin problemlərinə məhəl qoymadan Kiyevə daha çox diqqət yetirməkdə davam edir.
Jak qeyd edib ki, Qərb uzun müddət ərzində inkişaf etməkdə olan ölkələri təbii qəbul edib, onların dəstəyinə arxalanıb, lakin bu baş verməyib. Əksinə, bir sıra ölkələr Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina ediblər ki, bu da həmin sanksiyaların effektivliyini xeyli azaldıb.
Qeyd edək ki, Rusiya Federasiya Şurasının informasiya siyasəti üzrə komissiyasının rəhbəri Aleksey Puşkov bir müddət əvvəl, inkişaf etməkdə olan dünyanın aparıcı dövlətlərinin çoxqütblülüyün əsas simvollarından birinə çevrilən BRİKS-ə qoşulmaq istədiklərini bildirib.